
Pokemon GO oyununun yaradıcıları Harry Potter haqqında oyun hazırlayırlar
Oyun və Film
09.11.2017
Emil
Harry Potter: Wizards Unite oyunu rəsmi olaraq anons olunub.
Artırılmış reallıq üzərində
qurulan yeni oyun “Warner Bros.” şirkəti ilə Pokemon GO oyununun yaradıcısı
Niantic studiyasının birgə səyləri ilə yaradılır. Hələki yeni oyun haqqında o qədər
də çox məlumat yoxdur. Lakin biz bilirik ki, sözügedən oyun Pokemon GO-nun bir
sıra funksiyalarını özündə birləşdirəcək. Əsasən oyunçular real həyatda müxtəlif
yerlərə gedərək oyundakı əşyaları tapacaq və həmin dünya ilə qarşılıqlı əlaqədə
olacaqlar. Bu isə sehrli artefaktların axtarışı,

Harry Potter dünyasının
personajları və sehrli canlıları ilə görüşmək və sehrli ovsunları öyrənmək deməkdir.
Bütün bu özəlliklərin yeni oyunda necə çalışacağını biz 2018-ci ildə biləcəyik.
Oyunun dəqiq çıxış tarixi barəsində məlumat yoxdur. Lakin bir şey aydındır ki,
artırılmış reallıq sayəsində bu dünyaya məşhur yazıçı J.K. Rowling-in yaratdığı
dünyanın sehri biraz da olsun daxil edəcək. Bu fakt isə “Harry Potter”
seriyasının pərəstişkarlarını cəlb etməyə bəs edir.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Samsung Galaxy Z Fold 7, Z Flip 7 və Z Flip 7 FE təqdim olunub - QİYMƏTİ
