
'Sega'nın klassik oyunları Android və iOS platformaları üçün pulsuz oldu (VİDEO)
Oyun və Film
22.06.2017
Emil
“Sega” şirkəti, Sega Retro adlı retro-layihəni anons edib.
Həmin layihə çərçivəsində uşaqlıqda həvəslə oynadığımız
klassik Sega oyunları, Android və iOS əməliyyat sistemli smartfonlar üçün
pulsuz təqdim olunacaq. Hələki bu layihəyə əsasən 5 klasik oyun çıxacaq. Onlar
daha əvvəllər Sega Mega Drive-ın 4-cü nəsli üçün çıxmışdılar. Lakin indi yeni
smartfonlar üçün optimizasiya olunublar. Sözügedən oyunlar Sonic The Hedgehog,
Altered Beast, Kid Chameleon, Comix Zone və Phantasy Star 2-dir. Sözügedən
oyunlar bir tətbiqlə inteqrasiya olunmaqdıqları üçün onları ayrı ayrılıqda yükləmək
lazım olacaq. Onları bu linkdən yükləyə bilərsiniz. Bütün adı çəkilmiş oyunlar
pulsuzdur. Lakin onları oynayan zaman sizin qabağınıza reklamlar çıxacaq. Həmin
reklamları deaktiv etmək üçün 2$ vəsait ödəmək laızm gələcək. “Sega” hər iki həftədən
bir bu layihə çərçivəsində sözügedən kolleksiyaya digər oyunları da əlavə etməyi
planlaşdırır.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Samsung Galaxy F56 smartfonu təqdim edilib - QİYMƏTİ
