Logo
    main-post-cover

    Solo: A Star Wars Story filminin yeni traileri

    Oyun və Film
    09.04.2018
    Film Star Wars seriyasının məşhur personajı Han Solo-nun və Chewbacca-nın cavan vaxtlarından danışacaq. İzləyicilər onların uzaq-qalaktikanın ən sürətli pilotlarına və ən hiyləgər qaçaqçılarına necə çevrildiklərinin şahidi olacaqlar. Rejissoru Ron Howard-ın olduğu filmdə baş rolları Alden Ehrenreich, Emilia Clarke, Woody Harrelson, Paul Bettany və digərləri canlandırıblar. Solo: A Star Wars Story filminin premyerası gələn ay baş tutacaq.

    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Solo: A Star Wars Story filminin yeni traileri | Technote