
"War for the planet of the Apes" filminin son traileri
Oyun və Film
19.05.2017
Emil
Genetik şəkildə təkmilləşdirilmiş meymunları yeni qarşıdurma gözləyir. Belə ki, onlar, amansız polkovnikin başçılığı altında olan insan ordusu ilə müharibə aparmalıdırlar. Öz yaxınlarının itkisindən sonra meymunların başçısı olan Caesar artıq bu müharibəni şəxsi öhdəliyinə götürərək qisas almağı düşünür. Sonda isə o və polkovnik amansız döyüşdə iştirak etməli olacaqlar. Məhz bu döyüş, Yer kürəsində insanların və ya meymunların hökm etməsini qərarlaşdıracaq. Rejissoru Matt Reeves-in olduğu filmdə baş rolları Woody Harrelson, Andy Serkis, Judy Greer, Steve Zahn və digərləri canlandırıblar. "War for the Planet of the Apes" filminin premyerası İyul ayında baş tutacaq.
Paylaş
Bənzər xəbərlər