Logo
    main-post-cover

    World of Tanks-ın PS4 versiyası anons olunub

    Oyun və Film
    08.05.2017
    Asiya bazarı üçün nəzərdə tutulmuş TGS (Tokyo Game Show) konfransı çərçivəsində Sony şirkəti rəsmi olaraq World of Tanks oyununu PS4 üçün anons edib. Qeyd edək ki, oyunun PS4 versiyası haqqında sızmalar hələ dünən baş vermişdi. PS4 versiya iki yeni xəritə ilə yanaşı DualShock 4 gamepadının bütün özəlliklərini istifadə edəcək. Həmçinin Share Play və Remote Play funksiyaları da dəstəklənəcək. Oyunu oynamaq üçün oyunçulara PS Plus servisində qeydiyyatdan keçmək şərt olmayacaq. Lakin qeydiyyatdan keçənlər 3 günlük premium istifadəçi almaqla yanaşı həmdə bonus tank da ala biləcəklər. Oyunun beta-testinin ilk mərhələsi bu ilin sonunadək start götürəcək.
    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    World of Tanks-ın PS4 versiyası anons olunub | Technote