
Yeni 'Need for Speed' barəsində məlumatlar verilib
Oyun və Film
27.06.2022
Emil
Oyun sənayesinin məşhur insayderlərindən biri olan Tom Henderson-un verdiyi məlumata əsasən hazırlanan yeni “Need for Speed” oyunu “Need for Speed: Unbound” adını əldə edə bilər. Sözügedən məlumat hələ rəsmi olaraq təsdiqlənməsə də, insayderin sözlərinə əsasən o öz mənbələri ilə ünsiyyət zamanı məhz bu adı tez-tez eşidib. Ola bilər ki, söhbət, oyunun kod adından getsin. Lakin heç istisna deyil ki, məşhur yarış oyun seriyasının növbəti hissəsi finalda məhz bu adı əldə etsin. Bundan əlavə olaraq Tom Henderson qeyd edib ki, EA şirkəti yeni “Need for Speed”-i artıq gələn ay təqdim etməlidir.
Yeni “Need for Speed” ilə yanaşı həmçinin “FIFA 23” və ‘Skate 4” oyunlarının da təqdim ediləcəyi gözlənilir. Daha öncəki məlumatlara əsasən hazırlanan yeni oyun “Need for Speed” seriyanın əvvəlki oyunlarından bir qədər fərqlənəcək. Fərqlilik əsasən oyunun vizual tərzini əhatə edəcək. Məlumata əsasən yeni oyunun vizual tərəfində anime effektləri mövcud olacaq. Oyunda anime effektlərin olacağı barəsində məlumatı ilk öncə digər məşhur insayder olan Jeff Grubb vermişdi. Tom Henderson isə yeni oyunda bu cür özəlliyin olacağını təsdiqləyib.
Yeni “Need for Speed”-in yaradıcıları digər məşhur yarış seriyası olan “Forza Horizon”-dan ilhamlanırlar. Yeni oyun nəhəng xəritəyə sahib olacaq. Növbəti “Need for Speed”-in əsas özəlliklərindən biri də Meetings adlı sistem olacaq. Oyunçular xəritənin müəyyən hissələrində görüşə və unikal marşrutlar üzrə öz aralarında yarışlar təşkil edə biləcəklər. Yeni “Need for Speed”-in bu il ərzində PS5, Xbox Series X, Series S konsolları və PC üçün satışa çıxacağı güman edilir.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Samsung Galaxy F56 smartfonu təqdim edilib - QİYMƏTİ
