Grand Theft Auto 6 oyununda geyim mağazalarının çeşidi bölgəyə görə dəyişir
“Rockstar Games” “Grand Theft Auto 6” oyununda geyim mağazalarının çeşidini Leonidanın hər bölgəsinin üslubuna uyğun seçib. Geyim və inventar üzrə baş rəssam David Vallance-in sözlərinə görə, məqsəd odur ki, oyunçular Jason və Lucia-nın görünüşünü öz zövqlərinə uyğun dəyişə bilsinlər. Bu seçimlər qəhrəmanların xarakterinə və hekayədəki roluna təsir etmir.
“Port Gellhorn”da işlənmiş geyim mağazaları, “Vice City”də isə dəbli butiklər diqqət çəkir. “Bargain World” və “Dr. Froogal” mağazalarında üstündə müxtəlif rəsmlər olan işlənmiş köynəklər satılır. 1990-cı illərin idman geyimlərini axtaranlar “Aline’s Thrift Store”a baş çəkə bilərlər.
Şəhərin mərkəzindəki “This/That” və “MID” mağazalarında müasir gündəlik geyimlər satılır. İdman zalı üçün geyim axtaranlar “Eris” brendinin əsas mağazasına gedə bilərlər. “Nola” butikində isə “Vice City”nin gecə həyatına uyğun daha təmtəraqlı geyimlər var.
Jason və Lucia-nın görünüşünü dəyişmək üçün seçimlər geyimlə bitmir. Oyunçular saç düzümü, makiyaj, pirsinq və dırnaq tərzini seçə bilirlər. Hər qəhrəmanın yalnız özünə aid döymə seçimləri də var. Əzələlərdəki dəyişiklik, çəkinin artması və ya azalması qəhrəmanların bədən quruluşunda da görünür.
“Grand Theft Auto 6” satışa çıxandan təxminən 1 həftə keçib. Oyunçular artıq Jason və Lucia üçün yaratdıqları görünüşləri internetdə paylaşmağa başlayıblar. Həmin paylaşımlarda qəhrəmanlar fərqli saç düzümü, makiyaj, geyim və bədən quruluşu ilə görünür. Oyunu “PS5”, “Xbox Series X” və “Xbox Series S” konsollarında oynamaq olur.
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...