Logo
    Rockstar Games GTA 6-da personajların hərəkətlərini sürətləndirib

    Rockstar Games GTA 6-da personajların hərəkətlərini sürətləndirib

    Oyunlar
    29.11.2026
        “Rockstar Games” “GTA 6”da personajların hərəkətlərini və ətrafdakı əşyalarla təmasını “Red Dead Redemption 2” ilə müqayisədə daha sürətli edib. Oyun animasiyalarına rəhbərlik edən Mike Jones deyib ki, komanda əvvəldən personajların oyunçunun əmrlərinə tez cavab verməsini istəyib. Bununla yanaşı, səhnələr təbii görünsün deyə personajların bədən ağırlığı da hərəkətlərində hiss olunmalı idi.
        Jones-un sözlərinə görə, yavaş temp “Red Dead Redemption 2”də təsvir olunan dövrə və mühitə uyğun idi. Jason və Lucia-nın yaşadığı Leonidada isə daha çevik hərəkətlər lazım idi. Komanda personajların ərazidə necə irəlilədiyi ilə yanaşı, oyunçunun gözündən qaça biləcək xırda detallara da diqqət yetirib.
        Məsələn, Lucia içki daşıyanda və əlləri dolu olanda qapıya arxasını çevirib onu ombası ilə itələyə bilir. Sadə görünən bu qapı animasiyasının hazırlanması aylar çəkib. Jones bu nümunə ilə komandanın gündəlik hərəkətləri təbii göstərməyə nə qədər vaxt ayırdığını izah edib.
        Jones-un sözlərinə görə, “GTA 6”da ərazidə irəliləmək studiyanın əvvəlki oyunlarına baxanda daha axıcıdır. Komanda personajların maneələri və hasarları aşarkən sürətini qorumasına çalışıb. Oyunçunun əmrinə uyğun olaraq personaj ard-arda tullana və yerə müxtəlif şəkildə enə bilir. Jones onu da qeyd edib ki, detallı işlənmiş bina damlarında piyada təqib də etmək olur.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...