
Android 14 əsaslı OneUI 6.0-ın stabil versiyası Galaxy F14 5G üçün istifadəyə verilib
Proqram Təminatı
15.12.2023
Emil
Samsung şirkəti Android 14 əsaslı OneUI 6.0 istifadəçi interfeysinin stabil versiyasını Galaxy F seriyasının daha bir modeli üçün istifadəyə verib. Söhbət, Galaxy F14 5G-dən gedir. İstifadəçi interfeysinin stabil versiyası sözügedən smartfon üçün E146BXXU2BWL1 nömrəsi altında təqdim edilib. Sistem yenilənməsinin həcmi isə 2 GB təşkil edir. Görünür, OneUI 6.0-ın stabil versiyası sözügedən smartfonun bütün ölkələrdəki istifadəçiləri üçün eyni zamanda istifadəyə verilib.
Paylaş
Ən çox oxunanlar

15 000-dən çox şagird Milli Hakatonun seçim mərhələsində iştirak edib.
