
Android 14 əsaslı OneUI 6.0-ın stabil versiyası Samsung Galaxy A52 5G üçün istifadəyə verilib
Proqram Təminatı
20.12.2023
Emil
Samsung şirkəti bir neçə müddət bundan öncə Android 14 əsaslı OneUI 6.0 istifadəçi interfeysinin stabil versiyasını Galaxy A52s smartfonu üçün istifadəyə vermişdi. İndi isə növbə adi Galaxy A52 5G smartfonuna çatıb. Android 14 əsaslı istifadəçi interfeysinin stabil versiyası Galaxy A52 5G-nin Avropadakı istifadəçiləri üçün artıq təqdim edilib. Lakin yaxın zamanda sistem yenilənməsi bu smartfonun digər ölkələrdəki istifadəçiləri üçün də aktivləşdiriləcək. Qeyd etmək lazımdır ki, sistem yenilənməsinin həcmi 2 GB təşkil edir.
Paylaş
Ən çox oxunanlar

15 000-dən çox şagird Milli Hakatonun seçim mərhələsində iştirak edib.
