Logo
    main-post-cover

    Android 14 əsaslı OneUI 6.0-ın stabil versiyası Samsung Galaxy F23 5G üçün istifadəyə verilib

         Samsung şirkəti öz smartfonlarını Android 14-ə kimi yeniləməyə davam edir. Şirkət bu dəfə Galaxy F seriyasının daha bir smartfonunda bu əməliyyat sistemini istifadəyə verib. Söhbət, Samsung Galaxy F23 5G-dən gedir. Android 14 əsaslı OneUI 6.0-ın stabil versiyası sözügedən smartfon üçün E236BXXU5DWL2 nömrəsi altında istifadəyə verilib və onun həcmi 488 MB təşkil edir. OneUI 6.0-ın stabil versiyası Galaxy FG23 5G-nin ilk növbədə Hindistandakı istifadəçiləri üçün təqdim edilib. Lakin yaxın zamanda sistem yenilənməsi bu smartfonun digər regionlardakı istifadəçiləri üçün də aktivləşdiriləcək.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Android 14 əsaslı OneUI 6.0-ın stabil versiyası Samsung Galaxy F23 5G üçün istifadəyə verilib | Technote