
Android 14 əsaslı OneUI 6.0-ın stabil versiyası Samsung Galaxy M54 üçün istifadəyə verilib
Proqram Təminatı
15.12.2023
Emil
Samsung şirkəti öz smartfonlarını Android 14 ilə təmin etməyə davam edir. Bu dəfə şirkət Android 14 əsaslı OneUI 6.0 istifadəçi interfeysinin stabil versiyasını Galaxy M54 smartfonu üçün istifadəyə verib. İstifadəçi interfeysinin stabil versiyası bu smartfon üçün M546BXXU3BWL1 nömrəsi altında istifadəyə verilib. Sistem yenilənməsi Galaxy M54-ün ilk növbədə Yaxın Şərq ölkələrindəki istifadəçiləri üçün təqdim edilib. Lakin yaxın zamanda sistem yenilənməsi Galaxy M54-ün digər ölkələrdəki istifadəçiləri üçün də aktivləşdiriləcək.
Paylaş
Ən çox oxunanlar

15 000-dən çox şagird Milli Hakatonun seçim mərhələsində iştirak edib.
