
Android 15-də smartfon ekranının yeni çalışma rejimi istifadəyə veriləcək
Proqram Təminatı
05.04.2024
Farid
Android Authority saytı Android 15-in beta versiyasının kodunda maraqlı funksiya aşkar edib. Aşkar edilmiş funksiya Google tərəfindən hələ anons edilməyib. Məlumata əsasən aşkar edilmiş yeni funiksiya ekranın çalışma prosesi ilə bağlı yeni alqoritm hesabına smartfonun daha uzun müddət ərzində çalışmasına imkan verəcək. Bu, ekran aktivliyinin məhdudlaşdırılması hesabına baş verəcək.
Vaxtı ikən Google Pixel 4 smartfonunda istifadəyə verilmiş funksiyalardan biri istifadəçinin smartfon ekranına baxdığı müddət ərzində ekranı deaktiv etmirdi. Android 15-in tərtibatçılar üçün nəzərdə tutulmuş Android 15 Developer Preview 2-nin kodunda aşkar edilmiş yeni funksiya isə tamamilə əks əməliyyat üçün nəzərdə tutulub. Yəni funksiya istifadəçinin smartfon ekranına baxmadığı müəyyən müddətdən sonra ekranı deaktiv edəcək. Funksiyanın çalışma mexanizmi hələ məlum deyil. Çox güman ki, sözügedən funksiya ilk növbədə eksklüziv olaraq Google Pixel smartfonlarında istifadəyə veriləcək.
Paylaş
Ən çox oxunanlar

Samsung Galaxy F56 smartfonu təqdim edilib - QİYMƏTİ
