
Android 15-də smartfonun texniki diaqnostikası funksiyası istifadəyə veriləcək
Proqram Təminatı
24.06.2024
Emil
İnsayderlər Android 15-in kodunda daha öncə anons edilməmiş yeni funksiyanı aşkar ediblər. Söhbət, smartfonun texniki vəziyyətinin diaqnostikası üçün nəzərdə tutulmuş proqram təminatı funksiyasından gedir. Bu funksiyanın necə çalışacağı isə screenshot fotolarda sərgilənib. Qeyd etmək lazımdır ki, funksiyanın özü Device Diagnostics adlanır. Sistem ayarlarında bu bölməyə daxil olan zaman görmək olar ki, o, iki bölmədən təşkil edilib. Component health və Evaluation mode. Component health smartfon daxilində olan komponentlərin diaqnostikası üçün, Evaluation mode isə digər smartfonun diaqnostikası üçün lazımdır.

Bu yeni funksiya smartfon batareyası ilə daxili yaddaş həcminin hansı vəziyyətdə olmalarının qiymətləndirilməsində və ekranın sensor həssaslığı ilə piksellərinin test edilməsində istifadə edilə bilər. Sözügedən funksiya vasitəsilə batareyanın vəziyyətinin yoxlanılması zamanı istifadəçiyə smartfonun ilk işə salınma tarixi, yerinə yetirilmiş şarj dövrlərinin sayı, seriya nömrəsi, batareyanın ümumi vəziyyəti və digər məlumatlar təqdim olunur. Evaluation mode rejimi sayəsində isə digər smartfonun vəziyyətini qiymətləndirmək olar. Bunun üçün iki smartfon sadəcə olaraq QR kod vasitəsilə sinxronlaşmalıdırlar.







Paylaş
Ən çox oxunanlar

iPhone 17 Pro-nun ən kefiyyətli fotoları təqdim edilib
