main-post-cover

    Android 15-də Taskbar funksiyası istifadəyə veriləcək (VİDEO)

    Proqram Təminatı
    07.08.2024
    Emil Nəcəfov
         İnsayderlər Android 15-in beta versiyasında maraqlı bir yeniliyi aşkar ediblər. Gözləntilərə əsasən aşkar edilmiş yenilik əməliyyat sisteminin final versiyasına daxil olacaq. Söhbət, istifadəçilərə kompüter və planşetlərdən yaxşı tanış olan Taskbar bölməsindən gedir. Taskbar-ın bir qədər sadələşdirilmiş versiyası yaxın gələcəkdə Android smartfonların istifadəçiləri üçün aktiv ola bilər.
         Təqdim edilmiş videoya əsasən planşetlərdə və qatlana bilən smartfonlarda olduğu kimi Taskbar bölməsi smartfon ekranının aşağı hissəsindən yuxarı istiqamətə sürüşdürmə zamanı ekranın aşağı hissəsində əks olunacaq. Android 15 üçün nəzərdə tutulmuş Taskbar-ın ənənəvi versiyadan fərqi onda olacaq ki, Android versiya özündə yalnız 4 ikonu və tətbiqlər panelinin işə salınması düyməsini birləşdirəcək. Planşetlərdə bu cür panel tətbiqlər arasındakı sürətli keçid imkanını verir və iki ekran rejimi çərçivəsində çalışma zamanı tətbiqləri bir pəncərədən digərinə keçirtməyə kömək edir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Android 15 ilə OneUI 7.0-ı son yenilənmə kimi əldə edəcək Samsung smartfonlarının siyahısı təqdim edilib
    android-15-ile-oneui-70-i-son-yenilenme-kimi-elde-edecek-samsung-smartfonlarinin-siyahisi-teqdim-edilib
    Android 15-də smartfonun texniki diaqnostikası funksiyası istifadəyə veriləcək
    android-15-de-smartfonun-texniki-diaqnostikasi-funksiyasi-istifadeye-verilecek
    Android 15-ə keçəcək cihazların səs keyfiyyəti xeyli artacaq!
    android-15-e-kececek-cihazlarin-ses-keyfiyyeti-xeyli-artacaq
    Android 15-in batareyanın ömrünü artıracaq yeni xüsusiyyəti bəlli olub!
    android-15-in-batareyanin-omrunu-artiracaq-yeni-xususiyyeti-belli-olub
    Android 15-də 5 yeni təhlükəsizlik funksiyası istifadəyə veriləcək
    android-15-de-5-yeni-tehlukesizlik-funksiyasi-istifadeye-verilecek