Android 15-də vidjetlər bloklanmış ekrana geri qayıdacaqlar (VİDEO)
Proqram Təminatı
08.08.2024
Demək olar 10 illik fasilədən sonra Google vidjetləri Android-də bloklanmış ekrana geri qaytaracaq. Bu, Android 15-də baş verəcək. Bu funksiya vasitəsilə istifadəçilər əvvəlki kimi bloklanmış ekrana vidjetləri yerləşdirə biləcəklər. Lakin bu dəfə bu mövzuda bəzi yeniliklər olacaq. Android Authority saytının vermiş olduğu məlumata əsasən Android 15-də bu funksiya Glanceable Hub adlanacaq. O, faktiki olaraq istifadə üçün aktiv olan bütün vidjetləri özündə birləşdirən səhifədən təşkil ediləcək. Google vidjetlərin bir-birilərini örtməmələri üçün lazımi ayarları reallaşdırıb və üstəlik vidjetləri interaktiv hala salmağa çalışıb. Android 15-in test versiyasında istifadəçilər bloklanmış ekrana 6 ədəd vidjeti əlavə edə bilirlər. Glanceable Hub funksiyası ekranın kənar hissəsindən sol istiqamətə sürüşdürmə hərəkəti zamanı işə düşür.
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...