Logo
    main-post-cover

    Android 15-in batareyanın ömrünü artıracaq yeni xüsusiyyəti bəlli olub!

    Proqram Təminatı
    20.05.2024
    Farid

         Android 15 batareyanın ömrünü əhəmiyyətli dərəcədə artırmağı hədəfləyir. Android-in mühəndislik üzrə vitse-prezidenti Dave Burke-un sözlərinə görə, artıq smartfonlar yuxu rejimində olarkən batarayedan daha səmərəli şəkildə istifadə edəcək.

         Android-in Mühəndislik üzrə vitse-prezidenti Dave Burke, Android Authority-ə verdiyi açıqlamasında cihazların xüsusi yuxu rejimi yeniləməsini alacağını bildirib. "Doze rejimi" adlanan bu funksiya, ekran sönük olduqda işləyir və batareyanın tükənməsinin qarşısını almaq üçün proqram fəaliyyətlərini və sistemə girişini avtomatik olaraq məhdudlaşdırır. Qısa olaraq desək, bu xüsusiyyət enerjiyə qənaət etmək üçün arxa plandakı prosesləri təxirə salır. Google-un sözlərinə görə, Doze rejimi emal müddətini 50% sürətləndirərək Android 15 ilə işləyən cihazların batareyanın ömrünü 3 saata qədər artırır.
         Dave Burke, Android Authority-ə verdiyi açıqlamadında yeni xüsusiyyəti belə izah edib: "Biz Android 15 üçün yuxu vaxtını 50% sürətləndirdik. Bu o deməkdir ki, biz 50% daha tez yuxu rejiminə keçirik və nəticədə bəzi cihazlarda 3 saata qədər daha uzun gözləmə müddətini sınaqdan keçirmişik. Bundan əlavə, bu, bütün cihazlara aid olan ümumi təkmilləşdirmə olacaq."
         Onu da qeyd edək ki, bu yeniliklər yalnız Android cihazları ilə məhdudlaşmayacaq. Beləliklə, geyilə bilən cihazlardan olan WearOS da bu yeniləmənin bir hissəsi olacaq. Ancaq yeni yuxu rejiminin Android 15 əsaslı WearOS 6 üçün gələn il təqdim olunması gözlənilir. Yəni WearOS 6 istifadəçiləri bu yeniləməni əldə edə bilmək üçün gələn ilə qədər gözləməli ola bilərlər. Bundan əlavə, Google, I/O 2024 tədbirinin bir hissəsi olaraq bəzi yeni təhlükəsizlik xüsusiyyətlərini də açıqlayıb. Bunlara Şəxsi Sahə, Oğurluğun Aşkarlanması Kilidi, Uzaqdan Kilidləmə Xüsusiyyəti, Oflayn Cihaz Kilidi və Biometrik Təhlükəsizlik də daxil olmaqla çoxsaylı yeniliklər daxildir.
    Paylaş