
Android 15-in stabil versiyasının nə zaman istifadəyə veriləcəyi məlum olub
Proqram Təminatı
28.08.2024
Emil
Google şirkəti Android 15-in stabil versiyasının istifadəyə verilmə müddətini əməliyyat sisteminin beta versiyasını test edənlər üçün nəzərdə tutulmuş bildirişdə əks etdirib. Daha öncə güman edilirdi ki, Android 15-in stabil versiyası sentyabr ayında istifadəyə veriləcək. Google tərəfindən təqdim edilmiş məlumata əsasən isə əməliyyat sisteminin stabil versiyası oktyabr ayında istifadəyə veriləcək. Çox güman ki, bu, oktyabr ayının ortasına təsadüf edəcək. Məlumdur ki, Android 15-in stabil versiyasını ilk növbədə Google şirkətinin Pixel cihazları əldə edəcəklər. Söhbətin hansı Pixel cihazlarından getdiyi ilə aşağı siyahıdan tanış olmaq olar.
- Google Pixel 6/6 Pro/6a
- Google Pixel 7/7 Pro/7a
- Google Pixel 8/8 Pro/8a
- Google Pixel 9/9 Pro/9 Pro XL/9 Pro Fold
- Google Pixel Fold
- Google Pixel Tablet.

Paylaş
Ən çox oxunanlar

Səudiyyə Ərəbistanının "The Line" layihəsi regiondakı iqlimi dəyişə bilər
