main-post-cover

    Android 15-in tərtibatçılar üçün nəzərdə tutulmuş ilk versiyası istifadəyə verilib

    Proqram Təminatı
    19.02.2024
    Emil Nəcəfov
         Google şirkəti Android 15-in tərtibatçılar üçün nəzərdə tutulmuş Android 15 Developer Preview 1 adlı versiyasını istifadəyə verib. Android-in növbəti versiyasında hələ ki, çoxlu sayda yenilik yoxdur. Vizual baxımdan isə ümumiyyətlə heç bir dəyişiklik müşahidə edilməyib. Buna baxmayaraq bəzi yeniliklər var. Yeniliklərdən biri messencerlərdən aktiv istifadə edənlər üçün faydalı olacaq. Belə ki, Android 15-də bildirişlərin məhdudlaşdırılması funksiyası istifadəyə veriləcək.
         Söhbət, eyni tətbiqdən çoxlu sayda gələn bildirişlərin məhdudlaşdırılmasından gedir. Bu halda əməliyyat sistemi bildirişləri deaktiv edəcək. Məsələn istifadəçi bu və ya digər messencerdə hər hansısa qrupa və ya kanala abunə olub və abunə olduğu qrup və ya kanaldan gələcək bildirişlərin səssizə alınmasını ununub. Nəticədə istifadəçiyə çoxlu sayda bildiriş gəlir. Belə olduğu halda sistem gələn bildirişləri təyin edərək onları deaktiv edəcək.
         İstifadəçi öz istəyinə uyğun olaraq sözügedən funksiyanı aktiv şəkildə saxlaya və ya onu deaktiv edə bilər. Bununla yanaşı klaviaturadan istifadə zamanı baş verən vibrasiyanın gücünün təyini üçün ayrıca bənd ayrılıb. Beləliklə bundan sonra müvafiq funksionallığı klaviatura ilə bağlı ayarlarda axtarmaq lazım gəlməyəcək. Android 15-də digər vacib yeniliklər hələ yoxdur. Gələn ay Android Developer Preview 2-nin, aprel ayında isə əməliyyat sisteminin ilk beta versiyası istifadəyə verilməlidir. Əsas yeniliklər məhz beta versiyada olacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Qatlana bilən Google Pixel Fold 2-nin keyfiyyətli render fotoları ortaya çıxıb
    qatlana-bilen-google-pixel-fold-2-nin-keyfiyyetli-render-fotolari-te
    Google köhnə kompüterlərin istifadəçilərinə Windows 10 alternativi kimi öz əməliyyat sistemini təklif edir
    google-kohne-komputerlerin-istifadecilerine-windows-10-alternativi-kimi-oz-emeliyyat-sistemini-teklif-edir
    Google Gemini çat-botu istifadəçi məlumatlarını 3 il ərzində özündə saxlayacaq
    google-gemini-cat-botu-istifadeci-melumatlarini-3-il-erzinde-ozunde-saxlayacaq
    Google Gemini 1.5 neyron şəbəkəsini təqdim edib (VİDEO)
    google-gemini-15-neyron-sebekesini-teqdim-edib-video
    Google CEO-su Sundar Pichai eyni anda 10-dan çox smartfondan istifadə edir
    google-ceo-su-sundar-pichai-eyni-anda-10-dan-cox-smartfondan-istifade-edir