
Android 15 peyk rabitəsi dəstəyini əldə edə bilər
Proqram Təminatı
12.03.2024
Emil
Android 14 QPR3 Beta 2 versiyasının sistem ayarlarında yeni səhifə ortaya çıxıb. Ortaya çıxmış səhifə iPhone 14 və iPhone 15 smartfon seriyalarının və bəzi digər brendlərin smartfonlarının istifadəçilərinə tanış olan funksiyaya həsr edilib. Söhbət, peyk rabitəsi vasitəsilə mesajlaşma funksiyasından gedir. Android Authority saytı tərəfindən təqdim edilmiş screenshot fotoya əsasən mesajları peyk rabitəsi üzərindən təkcə təcili yardım xidmətlərinə deyil, adi istifadəçilərə də göndərmək mümkün olacaq. Bunun üçün isə ilk növbədə müvafiq xidməti mobil operatorda aktivləşdirmək lazım gələcək. Çox güman ki, sözügedən funksiya Android 15-də istifadəyə veriləcək.

Paylaş
Ən çox oxunanlar

Süni zəka qlobal pandemiya riskini artıra bilər
