Android 15 smartfon ekranının parlaqlığını daha da aşağı salacaq yeni funksiyanı əldə edəcək
Proqram Təminatı
24.04.2024
Farid
Android 15-in Beta 1 adlı test versiyasında yeni faydalı funksiya aşkar edilib. Even Dimmer adlı yeni funksiya smartfon ekranına qaranlıqda daha az parlaq olmağa imkan verəcək. Bu öz növbəsində gecə vaxtı smartfondan aktiv istifadə edənlər üçün faydalı ola bilər. Qeyd etmək lazımdır ki, Android əməliyyat sistemi smartfon ekranının istifadəçi gözlərinə yüklənməsini aşağı salan həlləri artıq təklif edir. Bu cür həllərə göy işıq filtri və adaptiv ekran parlaqlığı özəlliyi daxildirlər. Lakin Even Dimmer adlı yeni funksiya bu mövzuda daha da irəli gedəcək.
Sözügedən yeni funksiyanın təsvirində qeyd edilib ki, o, ekran parlaqlığının ənənəvi diapazondan daha aşağı səviyyəyə salınması üçün nəzərdə tutulub. Bu öz növbəsində ekran parlaqlığının daha aşağı endirilməsinə şərait yaradacaq və bu funksiya lazımi olan vaxtda deyil, hər zaman aktiv olacaq. Bu funksiya ekrana standart rejimdən daha qaranlıq olmağa şərait yaradacaq. Lakin onu da qeyd etmək lazımdır ki, heç də bütün smartfonların ekranları gecə zamanı komfortlu istifadə üçün lazımi səviyyədə qaranlıq ola bilməzlər. Bu, hər bir ekranın özünəməxsus spesifik özəlliklərindən asılıdır.
Paylaş
Bənzər xəbərlər
Proqram Təminatı
Android 15-də smartfonun daxili yaddaş həcminin monitorinqi funksiyası istifadəyə veriləcək
Bir neçə müddət bundan öncə insayderlər xəbər vermişdilər ki, Android 15-ə smartfon batareyasının vəziyyətinin monitorinqi funksiyası əlavə ediləcək.
Proqram Təminatı
Google Android 15-ə NFC üzərindən şarj funksiyasını əlavə edəcək
İnsayderlərin vermiş olduqları məlumata əsasən Google şirkəti Android 15-ə NFC üzərindən şarj funksiyasını əlavə etməyi planlaşdırır.
Proqram Təminatı
Android 15-də smartfon ekranının yeni çalışma rejimi istifadəyə veriləcək
Android Authority saytı Android 15-in beta versiyasının kodunda maraqlı funksiya aşkar edib.
Əməliyyat sistemləri
Android 15-də smartfonun yerləşdiyi yeri mobil operatorlardan gizlətmək mümkün olacaq
Android 15-in beta versiyasında maraqlı yeni funksiya aşkar edilib. Aşkar edilmiş funksiya smartfonun yerləşdiyi yerin təyin edilməsi imkanının bloklanması üçün nəzərdə tutulub.
Əməliyyat sistemləri
Android 15 hətta sönülü vəziyyətdə olan itmiş əşyaları tapmağa imkan verəcək
İnsayderlərin vermiş olduqları məlumata əsasən Find My Device funksiyası Android 15-də yenilənməyə məruz qalacaq.
Ən çox oxunanlar