Android 15, smartfonların sürətini artıracaq yeni funksiya ilə gəlir!
Proqram Təminatı
26.08.2024
Farid
Google, 16 KB səhifə ölçüsü dəstəyi əlavə edərək Android cihazlarında performans artımını təmin etmək üçün çalışır. Bu yaddaş idarəetmə dəyişikliyi indi daha geniş şəkildə sınaqdan keçirilir.
Android telefonlarını sürətləndirmək üsulları arasında istifadəçilərin üstünlük verdiyi bir çox variant var. Sistem animasiyalarını söndürmək və telefonu müntəzəm olaraq yenidən başlatmaq kimi yaddaşı boşaltmaq üçün daha çox bilinən üsullar var. Lakin Android 15 xüsusiyyətləri ilə gələn bu yenilik, bütün üsulları unutdurur. Texnologiya nəhəngi Google, Android 15 ilə smartfonun sürətini əhəmiyyətli dərəcədə artıran yeni funksiya təqdim edəcək. Yeni əməliyyat sistemi ilə Android cihazlarında performansı artırmaq üçün 16 KB səhifə ölçüsü dəstəyi əlavə etmək üçün çalışan şirkət, bu xüsusiyyətin necə işləyəcəyini ətraflı izah edib.
Google-dan verilən açıqlamaya görə, əksər CPU- larda yaddaş idarəetmə vahidləri (MMU-lar) adlanan xüsusi aparat, proqram tərəfindən istifadə olunan ünvanları yaddaşdakı fiziki yerə çevirir. Bu çevirmə səhifə ölçüsünə əsasən edilir. Bir proqram daha çox yaddaşa ehtiyac duyduqda, əməliyyat sistemi işə daxil olmalı və səhifə cədvəli girişini doldurmaqla həmin yaddaş parçasını prosesə təyin etməlidir. Android əməliyyat sistemi indiyə qədər 4 KB səhifə ölçüsü ilə işləyirdi. Bununla belə, 16 KB səhifə ölçüsündən istifadə sistemə daha az uçot aparmağa və istifadəçi təcrübəsini yaxşılaşdırmaq üçün daha çox emal gücü sərf etməyə imkan verir.
Google-un testlərinə görə, 16 KB səhifə ölçüsü dəstəyi Android cihazlarında orta hesabla 5-10%-lik performans artımı təmin edib. Bu yeniliyin təklif etdiyi üstünlüklər aşağıdakılardır:
- Tətbiqlərin işə salınma vaxtlarının azalması: Sistem yaddaş təzyiqi altında olduqda, proqramların işə salınma müddətləri orta hesabla 3.16% qısalır, bəzi tətbiqlərdə isə 30%-ə qədər təkmilləşmə təmin edilir.
- Enerji istehlakında azalma: Tətbiqin işə salınması zamanı enerji istehlakında orta hesabla 4.56% azalma müşahidə edilir.
- Təkmilləşdirilmiş kamera işə salınma vaxtları: Kameranın işə salınma vaxtları orta hesabla 4.48-6.60% yaxşılaşmışdır.
- Sistemin açılış vaxtının azalması: Sistemin yükləmə müddəti orta hesabla 1.5% (təxminən 0.8 saniyə) daha sürətli olub.
Tərtibatçılar həmçinin 16 KB səhifə ölçüsünü dəstəkləmək üçün tətbiqlərini yenidən tərtib etməli olacaqlar. Bununla belə, eyni ikili proqram həm 4 KB, həm də 16 KB cihazlarda işləyə biləcək. Bu yeniliyi sınaqdan keçirmək istəyən tərtibatçılar, Android 15 QPR1 Beta 1 ilə Pixel 8 və 8 Pro cihazlarında 16 KB səhifə ölçüsü ilə yükləmə seçimindən istifadə edə biləcəklər.
Paylaş
Bənzər xəbərlər
Təhlükəsizlik
Hakerlər iOS və Android-in təhlükəsizlik sistemlərindən veb tətbiqlər vasitəsilə yan keçməyi öyrəniblər
Fişinq (phishing) məqsədli dələduzluq sxemlərini hazırlayanlar özəl məlumatların oğurlanması üçün nəzərdə tutulmuş tətbiqlərlə mübarizəyə istiqamətlənmiş mexanizmlərdən yan keçməyi öyrəniblər.
Digər
Google, ABŞ-ın qaldırdığı iddiaya görə, Android və Google-u satmalı ola bilər!
Dünən Pixel 9 seriyası ilə qarşımıza çıxan Google, bu gün üzücü bir iddia ilə gündəmə gəlir. ABŞ Ədliyyə Nazirliyinin açdığı iddiada şirkət, Google axtarış sistemini və onun brauzeri Chrome-u Android cihazlarına yüklənmiş olaraq gətirdiyinə görə, günahlandırılır.
Proqram Təminatı
Android 15-də vidjetlər bloklanmış ekrana geri qayıdacaqlar (VİDEO)
Demək olar 10 illik fasilədən sonra Google vidjetləri Android-də bloklanmış ekrana geri qaytaracaq. Bu, Android 15-də baş verəcək.
Proqram Təminatı
Bu siyahıdakı cihazların heç biri Android 15 yeniləməsini almayacaq!
Android istifadəçilərinin səbirsizliklə gözlədiyi yeniləmə artıq qapıdadır. Lakin istifadə etdiyiniz smartfonun Android 15 yeniləməsini alıb-almayacağını bilirsinizmi?
Proqram Təminatı
Android 15-də Taskbar funksiyası istifadəyə veriləcək (VİDEO)
İnsayderlər Android 15-in beta versiyasında maraqlı bir yeniliyi aşkar ediblər.
Ən çox oxunanlar