Logo
    main-post-cover

    Android 16-da Linux tətbiqləri işə salmaq mümkün olacaq (VİDEO)

    Proqram Təminatı
    15.10.2024
    Emil
         İnsayderlər Android-in yeni test versiyasında yeni faydalı funksiyanı aşkar ediblər. Görünür, Google şirkəti Android 16-dan başlayaraq smartfonlarda Linux tətbiqlərinin işə salınması imkanını reallaşdıracaq. Linux üçün nəzərdə tutulmuş tətbiqlərin Android-də dəstəklənməsi virtualizasiya sistemi və terminal emulyatoru vasitəsilə mümkün ola bilər. Məlumata əsasən Google terminal emulyatoru üzərində bir neçə həftə bundan öncə çalışmağa başlayıb. Bu sistem Android Virtualization Framework (AVF) platformasının bir hissəsinə çevrilməlidir. Google şirkətinin planına əsasən işə salınacaq terminal tətbiqində bir neçə əməliyyat üzərindən smartfonda Linux virtual maşınını işə salmaq mümkün olacaq. Bunun üçün hələ ki, LinuxInstaller tətbiqindən istifadə edilir. Lakin daha sonra bu tətbiq terminalın özünə inteqrasiya ediləcək.
    Paylaş