
Android 16 əsaslı OneUI 8 düşünüldüyündən daha tez istifadəyə veriləcək
Proqram Təminatı
15.05.2025
Emil
Bu həftə Google bir daha təsdiqləyib ki, Android 16 iyun ayında ictimaiyyətə açıq şəkildə təqdim olunacaq. Bu da adi vaxtdan bir neçə ay əvvəl deməkdir. İndi isə Samsung şirkətinin rəhbərlərindən biri Google-un yeni mobil platforması əsasında qurulan OneUI 8 istifadəçi interfeysinin nə vaxt istifadəyə veriləcəyini açıqlayıb. Qısa videoda Samsung şirkətinin vitse-prezidenti və smartfon planlaşdırma bölməsinin rəhbəri Minseok Kang şirkətin mobil cihazlar və taxıla bilən elektronika üçün proqram təminatının inkişafı sahəsində Google ilə birgə çalışdığını bildirib. Bundan əlavə, bu əməkdaşlıq nəticəsində Samsung-un ilk qarışıq reallıq cihazı də Android XR əməliyyat sistemi vasitəsilə çalışacaq.
Eyni zamanda o, OneUI 8 interfeysinin bu yay təqdim olunacağını da qeyd edib. Təbii ki, bu ifadə iyun-sentyabr aylarını əhatə edir, lakin bu, həm də o deməkdir ki, istehsalçı müəyyən vaxt çərçivəsinə riayət edir və mobil cihazları üçün yeni istifadəçi interfeysinin buraxılması üzrə konkret planı var. OneUI 8 versiyası OneUI 7 ilə müqayisədə daha az yenilik ehtiva etdiyindən, gözləmək olar ki, istifadəçilər bu yay həqiqətən də yeniləməni ala biləcəklər və Samsung, OneUI 7-nin yayılma prosesi zamanı üzləşdiyi problemlərdən qaça biləcək. Rəsmi versiya buraxılmazdan əvvəl bir neçə beta versiya təqdim olunacaq. Məlumata görə, OneUI 8-in ilk beta versiyası artıq bu ayın sonunda çıxarıla bilər.
Mənbə: GSMarena
Paylaş
Ən çox oxunanlar

Səudiyyə Ərəbistanının "The Line" layihəsi regiondakı iqlimi dəyişə bilər
