
Android 16 gözlənildiyindən daha tez istifadəyə veriləcək
Proqram Təminatı
01.11.2024
Emil
Android-in rəsmi bloqunda əməliyyat sisteminin yenilənmiş yol xəritəsi təqdim edilib. Təqdim edilmiş yol xəritəsindən məlum olub ki, Google şirkəti növbəti versiya olacaq Android 16-nın istifadəyə verilməsini ləngitməyəcək. Belə ki, gələn il Android 16 payız fəslindən daha tez istifadəyə veriləcək. Google adətən hər yeni Android versiyasını üçüncü və ya dördüncü rübdə istifadəyə verir. Lakin yenilənmiş yol xəritəsinə əsasən Android 16 gələn ilin ikinci rübündə (aprel ayından iyun ayına kimi) istifadəyə verəcək. Çox güman ki, Android 16 gələn ilin may ayında baş tutacaq Google I/O 2025 konfransı çərçivəsində təqdim ediləcək və ondan qısa müddət sonra əməliyyat sistemi artıq istifadəyə veriləcək. Yeni əməliyyat sistemi üçün ilk funksional yenilənmə 2025-ci ilin üçüncü rübündə, API üzrə yenilənmələrə sahib versiya isə 2025-ci ilin dördüncü rübündə təqdim olunacaq.

Paylaş
Ən çox oxunanlar

NASA və Pentaqon SpaceX-in əvəzləyicisini axtarmağa başlayıblar
