Logo
    main-post-cover

    Android 16-nın istifadəyə veriləcəyi tarix açıqlanıb

    Proqram Təminatı
    06.11.2024
    Emil
         Bir neçə gün bundan öncə məlumat ortaya çıxdı ki, Google şirkəti Android 16-nı gələn il gözlənildiyindən daha tez istifadəyə verəcək. Şirkət Android 16-nın dəqiq şəkildə nə zaman istifadəyə veriləcəyini açıqlamayıb. Bunu onun yerinə insayderlər ediblər. Belə ki, insayderlərin sözlərinə əsasən Android 16 əməliyyat sistemi 3 iyun 2025-ci il tarixində istifadəyə veriləcək. Müqayisə üçün qeyd etmək lazımdır ki, Google indiyənə kimi Android-in hər yeni versiyasını payız fəslində istifadəyə verirdi.
         Məsələn şirkətin Pixel smartfonları Android 15-i 15 oktyabr tarixində əldə etməyə başladılar. Bəzi məlumatlara əsasən Google şirkətinin növbəti Android versiyasını tez istifadəyə vermək istəməsində əsas səbəblərdən biri digər smartfon istehsalçılarıdır. Belə ki, payız fəslində istehsalçılar çoxlu sayda yeni cihazlarını təqdim edirlər. Google isə istəyir ki, həmin müddətə kimi istehsalçılar öz yeni cihazlarında artıq yeni Android-i istifadəçilərə təqdim etmək imkanına sahib olsunlar.
    Paylaş