
Android 16-nın tərtibatçılar üçün ilk beta testi təqdim edilib
Proqram Təminatı
20.11.2024
Emil
Android 15-in hələ bütün cihazlarda aktiv olmamasına baxmayaraq Google şirkəti gələn il istifadəyə veriləcək Android 16-nın tərtibatçılar və testçilər üçün nəzərdə tutulmuş ilkin versiyasını təqdim edib. Söhbət, Android 16 Developer Preview-dan gedir. Android 16-nın bu beta versiyasını dəstəklənən Pixel smartfonlarına artıq yükləmək olar. Məlumatda qeyd edilib ki, beta versiyanı Pixel 6 və ondan sonra çıxmış Pixel smartonlarına yükləmək olar. Yeni əməliyyat sisteminin ilk beta versiyasında çoxlu sayda yeni funksiya yoxdur. Ən əsasları isə aşağıdakılardır.
- API Health Connect-in yenilənmiş versiyası: Yeni versiya tibbi qeydləri dəstəkləyir. Bu alət tətbiqlərə istifadəçinin razılığı ilə tibbi məlumatları FHIR formatında əldə etməyə imkan verir.
- Fotoların seçilməsi funksiyası: Bu funksiya vasitəsilə istifadəçi tətbiqlərin lokal və ya bulud yaddaşdan bütün media faylları deyil, yalnız seçilmiş foto və videoları əldə etmələrini reallaşdıra bilir.
- Privacy Sandbox-un yenilənmiş versiyası: İstifadəçi məlumatlarının konfidensiallıqlarının qorunması aləti.
Paylaş
Bənzər xəbərlər

Proqram Təminatı
Google şirkəti ChromeOS ilə Android-i birləşdirməyi planlaşdırır
Verilmiş yeni məlumata əsasən Google şirkəti ChromeOS ilə Android-in birləşdirilməsi üzərində çalışır.

Elm & Texnologiya
NVIDIA və Google kvant prosessorları üçün əməkdaşlığa başlayıb!
Google və NVIDIA kvant prosessorları üçün əməkdaşlıq etdiklərini elan ediblər. Bu əməkdaşlıq çərçivəsində Google mühəndisləri NVIDIA-nın Eos adlı superkompüterindən istifadə edəcəklər.

Tech-Biznes
Google-dan Chrome brauzerinin satılması tələb ediləcək
ABŞ Ədliyyə Nazirliyi, Google şirkətinə qarşı qaldırılmış antimonopoliya məhkəmə ittihamının məhkəmə prosesini icra edən hakim Amit Mehta-ya sabah müraciət edəcək. Öz müraciətində nazirlik hakimdən şirkətin öz Chrome brauzerini satmasına istiqamətlənmiş qərarı verməsini tələb edəcək.

Cihazlar+
Google artıq Pixel Tablet 2 planşeti üzərində çalışır
Google şirkəti keçən il Pixel Tablet adlı planşetini təqdim etmişdi. İndi isə şirkət onun davamçısı üzərində çalışır. Söhbət, Pixel Tablet 2-dən gedir.

Süni İntellekt
Google-un süni intellekti Gemini bir istifadəçiyə ölüm mesajı göndərib!
Bir istifadəçi, yaşlandıqda qarşılaşacağı çətinliklər və həll yolları üçün Google-un süni intellekt köməkçisinə müraciət edib. Ancaq o, Gemini-dən gözləmədiyi bir cavabı alıb: Xahiş edirəm, öl!
Ən çox oxunanlar

iPhone 16e təqdim edilib - QİYMƏTİ
