
Android-də Dark Theme rejiminin imkanı genişləndirəcək
Proqram Təminatı
31.01.2025
Emil
İnsayderlərin vermiş olduqları məlumata əsasən Android 16 Beta-nın test versiyasında Dark Theme rejim üçün maraqlı bir yenilik ortaya çıxıb. Hal-hazırda bütün Android tətbiqləri Dark Theme rejimini dəstəkləmir. Bu isə gecə vaxtı işıq saçan interfeyslərlə işləməyi çətinləşdirir. Ortaya çıxmış yeni funksiya istifadəçilərə belə tətbiqləri məcburi olaraq Dark Theme rejimə keçirməyə imkan verəcək.
Hətta tərtibatçılar tərəfindən dəstəklənməsə belə, Android avtomatik olaraq UI-nin açıq elementlərini tünd rəngə çevirəcək. Bunun üçün sistemin standart ayarlar menyusuna xüsusi bir keçid əlavə ediləcək.

Bu funksiya Android 16 Beta versiyasında üzə çıxsa da, əvvəllər Android 15-in bəzi test versiyalarında ayarlardakı Display bölməsində də mövcud olub. Lakin Android 15-in stabil versiyalarında bu funksiya hələ ki, aktiv deyil, çünki o, hazırlanma mərhələsindədir. Hal-hazırda bu funksiyanın Android-in stabil versiyalarına nə vaxt əlavə ediləcəyi barədə dəqiq məlumat yoxdur. Lakin o, gələcək yeniləmələrdə Android istifadəçiləri üçün əlçatan ola bilər.
Mənbə: Android Authority
Paylaş
Ən çox oxunanlar

15 000-dən çox şagird Milli Hakatonun seçim mərhələsində iştirak edib.
