
Android əsaslı OneUI 6.0-ın stabil versiyası Galaxy A13 4G üçün istifadəyə verilib
Proqram Təminatı
18.01.2024
Emil
Samsung şirkəti Galaxy A seriyasının smartfonlarını Android 14-ə kimi yeniləməyə davam edir. Bu dəfə növbə Galaxy A13 4G smartfonuna çatıb. Belə ki, Android 14 əsaslı OneUI 6.0 istifadəçi interfeysinin stabil versiyası bu smartfon üçün istifadəyə verilib. Sözügedən smartfon üçün OneUI 6.0-ın stabil versiyası A135NKSU5DWL5 nömrəsi altında təqdim edilib. Sistem yenilənməsindən Galaxy A13 4G-nin artıq Cənubi Koreyadakı istifadəçiləri yararlana bilərlər. Yaxın zamanda sistem yenilənməsi Galaxy A13 4G-nin digər ölkələrdəki istifadəçiləri üçün də aktiv olacaq.
Paylaş
Ən çox oxunanlar

Qatlana bilən Huawei MateBook Fold ULTIMATE noutbuku təqdim edilib - QİYMƏTİ
