Logo
    main-post-cover

    Android planşetlər üçün yeni tətbiq pəncərələri funksiyası test edilir

    Proqram Təminatı
    13.09.2024
    Emil
         Google şirkəti Android planşetlər üçün nəzərdə tutulmuş yeni funksiyanı test etməyə başlayıb. Test edilən funksiya planşetlərdəki tətbiqlərin pəncərələrinin ölçülərini dəyişməyə və onları ekran üzərində istənilən yerə daşımağa imkan verəcək. Sözügedən yeni funksiya Desktop Windowing adlanır. Hal-hazırda Android planşetlərdə tətbiqlər standart olaraq tam pəncərə şəklində işə düşürlər. Lakin Desktop Windowing adlı yeni funksiya aktiv olduğu halda hər bir tətbiq kiçik pəncərə şəklində əks olunur. Bu, iPad planşetlərində olan Stage Manager adlı funksiyaya bənzəyir. Android planşetlər üçün nəzərdə tutulmuş Desktop Windowing funksiyasının isə nə zaman istifadəyə veriləcəyi bilinmir.
    Google тестирует «оконный» режим для планшетов Android, превращая их в подобие ПК с полной поддержкой многозадачности
    Paylaş