Logo
    main-post-cover

    Apple-ın ChatGPT analoqu gözlənildiyindən daha tez istifadəyə verilə bilər

         Apple şirkəti axtarış və cavabların generasiyası üçün özünün generativ süni intellekt sistemini hazırlayır və o, artıq 6 ay ərzində yenilənmiş Siri versiyasının tərkibində debüt edə bilər. Məşhur insayder Mark Gurman-ın verdiyi məlumata görə, şirkət daxilində World Knowledge Answers (WKA) kod adı ilə tanınan yeni alət PerplexityChatGPT-yə rəqib kimi yaradılır. İlkin mərhələdə funksiya yalnız yenidən işlənmiş Siri interfeysi vasitəsilə əlçatan olacaq, lakin gələcəkdə Safari brauzerinə və Spotlight axtarış sisteminə də inteqrasiya edilə bilər. Bununla yanaşı, Apple daxilində süni intellekt texnologiyasının sınaqları davam edir və bu prosesdə müəyyən ediləcək ki, yeni nəsil Siri-nin əsasını şirkətin özünün süni intellekt alqoritmləri təşkil edəcək, yoxsa Google, Anthropic və ya OpenAI kimi xarici tərəfdaşların texnologiyaları. Məhsulun hazırlanmasına cəmi bir neçə ay əvvəl başlanmasına baxmayaraq, tərəfdaş seçimi yeni Siri-nin WKA sistemində işə salınma vaxtına təsir etməyəcək. Böyük ehtimalla, bu, 2026-cı ilin mart ayında baş verəcək.
    Paylaş