
Apple, iOS 19 üçün yenilənmiş Siri üzərində çalışır
Proqram Təminatı
22.11.2024
Emil
Bloomberg saytının məşhur insayderi Mark Gurman-ın sözlərinə əsasən Apple şirkəti daha güclü böyük dil modeli (Large Language Model / LLM) əsasında çalışacaq yenilənmiş Siri səsli köməkçisini hazırlayır. Gurman qeyd edib ki, hazırlanan yeni Siri gələn il təqdim olunacaq iOS 19 və macOS 16 əməliyyat sistemlərinin bir hissəsinə çevriləcək. Məlumatda qeyd edilib ki, Apple özünün səsli köməkçisini funksionallıq və istifadəçilərlə qarşılıqlı əlaqə mövzularında ChatGPT və Google Gemini-yə oxşar etmək istəyir.
iOS 18.2 çərçivəsində Siri-nin yenilənmiş versiyası istifadəyə verilsə də, o, ChatGPT və Google Gemini kimi sistemlərdən hələ də geridə qalır. Apple öz növbəsində bu vəziyyəti dəyişmək istəyir. Gözləntilərə əsasən gələn il təqdim olunacaq yenilənmiş Siri məlumatları ChatGPT və Google Gemini səviyyəsində emal edə biləcək. Bununla yanaşı çox güman ki, yenilənmiş Siri kənar tətbiqlərlə qarşılıqlı əlaqə mövzusunda daha geniş imkanlar əldə edəcək.
Paylaş
Ən çox oxunanlar

Huawei Pura 80 smartfon seriyasının təqdimatı anons edilib
