Logo
    main-post-cover

    Apple Siri tətbiqlərdəki funksiyaları idarə edə biləcək

    Proqram Təminatı
    31.05.2024
    Emil
         Apple şirkəti istifadəçilərin səsli əmrlər vasitəsilə ayrı-ayrı tətbiqlərin funksiyalarını idarə edə bilmələri üçün Siri səsli köməkçisini təkmilləşdirməyi planlaşdırır. Çox güman ki, bu, Siri-yə böyük dil modeli əsasında çalışan daha təkmilləşdirilmiş süni zəka texnologiyasının inteqrasiyası sayəsində mümkün olacaq. İnsayderlərin sözlərinə əsasən yenilənmiş Siri ilk dəfə olaraq Apple cihazlarındakı tətbiqlərin funksiyalarını tam şəkildə idarə edə biləcək. Məsələn istifadəçi səsli əmrlər vasitəsilə cihazdakı bu və ya digər sənədi aça, qeydləri qovluqlar arasında daşıya, məktubları elektron poçtdan silə, Apple News-da müəyyən xəbərləri işə sala, veb linkləri digərləri ilə bölüşə və s. əməliyyatları yerinə yetirə bilər.
       Hal-hazırda Siri tətbiqlərdəkli funksiyaların idarəsində məhdudlaşdırılıb. Səsli köməkçinin aktual versiyası muisiqini işə sala, internetdə məlumatı axtara, smart cihazları idarə edə bilir. Lakin bununla belə aktual versiya bu və ya digər tətbiq daxilində konkret funksiyalar və məlumatlarla qarşılıqlı əlaqədə ola bilmir. Gözləntilərə əsasən yenilənmiş Siri gələn ayın 10-da start götürəcək WWDC 2024 konfransı çərçivəsində təqdim ediləcək. Həmin konfrans çərçivəsində həmçinin iOS 18 üçün nəzərdə tutulmuş süni zəka funksiyaları da sərgilənməlidir.
    Paylaş