
Bu il son Android 15 yenilənməsini əldə edəcək Samsung cihazlarının siyahısı təqdim edilib
Proqram Təminatı
07.02.2025
Emil
Samsung həmişə Android üçün uzunmüddətli yeniləmə siyasəti ilə tanınıb. Lakin Android 15-in buraxılması ilə bir çox Galaxy cihazları son böyük yeniləməsini əldə edəcəklər. Bu il ərzində son Android 15 yenilənməsini əldə edəcək Galaxy cihazlarının siyahısı təqdim edilib. Bu cihazlar artıq yeni Android versiyalarını əldə etməyəcəklər. Lakin Samsung ən azı 1 il ərzində onlar üçün təhlükəsizlik yeniləmələrini təqdim etməyə davam edəcək. Əgər ən yeni əməliyyat sisteminə sahib olmaq istəyirsinizsə, daha uzunmüddətli dəstək müddətinə malik müasir Galaxy modellərinə keçməyi nəzərdən keçirmək məsləhətdir. Son Android 15 yenilənməsini əldə edəcək Galaxy cihazlarının siyahısı aşağıdakı kimidir.
Flaqman smartfonlar:
- Galaxy S21
- Galaxy S21+
- Galaxy S21 Ultra
- Galaxy Fold 3
- Galaxy Flip 3.
Büdcəli və orta büdcəli smartfonlar:
- Galaxy A14
- Galaxy A14 5G
- Galaxy M33
- Galaxy M14
- Galaxy M14 5G
- Galaxy F14.
Planşetlər:
- Galaxy Tab S6 Lite (2022)
- Galaxy Tab Active 4 Pro.
Mənbə: Gizmochina
Paylaş
Ən çox oxunanlar

Günəşə oxşar ulduzun ətrafında su kəşf edilib
