main-post-cover

    Chrome, artıq icazəsiz istifadəçi məlumatlarını toplaya bilməyəcək!

    Proqram Təminatı
    21.08.2024
    Farid Pardashunas

         Amerika federal apellyasiya məhkəməsi, Google-un Chrome brauzeri vasitəsilə istifadəçilərin razılığı olmadan məlumat toplaması ilə bağlı 2022-ci ildə rədd edilən toplu şikayətə yenidən baxacaq.

         Məhkəmə bildirib ki, aşağı instansiya məhkəməsi Google-un Chrome üçün məlumat toplama təcrübələrini kifayət qədər dərindən nəzərdən keçirməyib. Şikayət, istifadəçilərin brauzer tarixçəsi, IP ünvanları və kuki identifikatorları kimi məlumatların Chrome brauzerinin sinxronizasiya funksiyası söndürüldükdə belə Google-a göndərilməsi ilə bağlı iddialara əsaslanır.
         Digər tərəfdən Google, istifadəçilərin məxfilik siyasətini qəbul etdikləri üçün Chrome brauzerində məlumatların toplanmasına razılıq verdiyini iddia edir. Şikayət, Google kimi texnologiya nəhənglərinin istifadəçi məxfiliyi ilə bağlı şəffaflığını və bu prosesdə nə qədər məsuliyyət daşıdığını yenidən sual altına qoyur. Məhkəmənin işin nəticəsi olaraq məlumatların toplanması ilə bağlı qərarı, təkcə Google Chrome üçün deyil, digər böyük texnologiya şirkətləri üçün də presedent yarada bilər. İstifadəçilərin bu prosesdə nə dərəcədə məlumatlı olduqlarını və məhkəmə prosesi nəticəsində onların razılığının nə dərəcədə etibarlı olacağını öyrənəcəyik.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Google 3 ədəd Pixel smartfonunun satışlarını dayandırıb
    google-3-eded-pixel-smartfonunun-satislarini-dayandirib
    Fotoların süni zəka vasitəsilə tərtibatı üçün nəzərdə tutulmuş Pixel Studio tətbiqi təqdim edilib
    fotolarin-suni-zeka-vasitesile-tertibati-ucun-nezerde-tutulmus-pixel-studio-tetbiqi-teqdim-edilib
    Google Pixel Buds Pro 2 naqilsiz qulaqlığı təqdim edilib - QİYMƏTİ
    google-pixel-buds-pro-2-naqilsiz-qulaqligi-teqdim-edilib-qiymeti
    Google Pixel Watch 3 smart saatı təqdim edilib - QİYMƏTİ
    google-pixel-watch-3-smart-saati-teqdim-edilib-qiymeti
    Qatlana bilən Google Pixel 9 Pro Fold təqdim olunub - QİYMƏTİ
    qatlana-bilen-google-pixel-fold-9-fold-teqdim-olunub-qiymeti