main-post-cover

    Chrome brauzerinin süni zəka köməkçisi sərgilənib (VİDEO)

    Proqram Təminatı
    12.12.2024
    Emil Nəcəfov
         Google şirkəti Chrome brauzeri çərçivəsində istifadəçinin istənilən əmrini yerinə yetirə bilən süni zəka köməkçisini sərgiləyib. Daha öncə bu virtual köməkçi Jarvis adı ilə tanınırdı. Lakin şirkət indi onu Project Mariner adı altında təqdim edib. Bu rəqəmsal köməkçi Chrome üçün nəzərdə tutulmuş əlavə (extension) şəklində fəaliyyət göstərir. O hal-hazırda şirkət daxilində testlərdən keçir. Project Mariner brauzerə sorğuların daxil edilməsinə istiqamətlənmiş yeni sahə əlavə edir.
         Həmin sahə öz növbəsində neyron şəbəkəsindən istifadani mümkün edir. Neyron şəbəkə təbii dildə olan ən qəliz sorğunu anlaya bilir. Hətta əgər sorğu bir neçə cümlədən təşkil olunubsa belə. Təqdim edilmiş videoda bu süni zəka əsaslı köməkçidən Google Sheets-də qeyd edilmiş 4 şirkətin kontakt nömrələrinin tapılması və həmin şirkətlərin saytlarında olan kontakt nömrələrinin yaddaşda saxlanılması xahiş edilib. Göründüyü kimi sorğu ən xırda detalına kimi təqdim edilib. Bu isə virtual köməkçinin hələ təlimatlandırma prosesindən keçdiyinə işarə edir. Project Mariner-in nə zaman istifadəyə veriləcəyi bilinmir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Orta büdcəli Google Pixel 9a-nın texniki imkanları və start qiyməti ortaya çıxıb
    orta-budceli-google-pixel-9a-nin-texniki-imkanlari-ve-start-qiymeti-ortaya-cixib
    Google öz smart eynəyini patentləşdirib
    google-oz-smart-eyneyini-patentlesdirib
    Google, hava proqnozunu cəmi 8 dəqiqə ərzində təxmin edə bilən süni intellektini təqdim edib!
    google-hava-proqnozunu-cemi-8-deqiqe-erzinde-texmin-ede-bilen-suni-intellektini-teqdim-edib
    Google Pixel 9a-nın prototipinin real fotoları ortaya çıxıb
    google-pixel-9a-nin-prototipinin-real-fotolari-ortaya-cixib
    Google axtarış sistemi gələn il dərindən dəyişəcək
    google-axtaris-sistemi-gelen-il-derinden-deyisecek