Logo
    main-post-cover

    Chrome-un Android versiyası veb-səhifənin mətnini podkast tərzində səsləndirməyi öyrənib

         Android üçün Chrome brauzerində süni intellekt əsaslı yeni Audio Overviews (Audio icmallar) funksiyası istifadəyə verilib. Veb-səhifənin tam mətnini sadəcə səsli oxumaq əvəzinə, mobil brauzer artıq süni intellekt vasitəsilə yaradılmış kontentin audio icmalını podkast formatında təqdim edə bilər. Məlumata görə, süni intellekt veb-səhifənin qısa məzmununu hazırlayır və onu iki podkast aparıcısı arasında dialoq şəklində səsləndirir. Məqsəd istənilən məqalə və ya mətn parçasını dinləmə müddətini qısaltmaq və istifadəçilər üçün daha maraqlı etməkdir.
         Android-də Chrome-un yeni funksiyasına daxil olmaq üçün veb-səhifəni açmaq, yuxarı sağ küncdəki üç nöqtəyə toxunmaq və “Listen to this page” seçimini etmək lazımdır. Yeni audio icmal funksiyası “Reading mode” bölməsində, səsləndirmə sürəti parametrinin yanında mövcuddur. Bu funksiya ilk dəfə uzun məzmunu qavramaq üçün daha rahat podkastlara çevirmək məqsədilə süni intellekt tərəfindən yaradılmış audio icmalları təklif edən Google NotebookLM tətbiqindən götürülüb. Mart ayında isə Google Gemini çat-botunda da audio icmal funksiyasını təqdim etmişdi.
    Paylaş