Əfsanəvi Winamp tətbiqi, Android və iOS üçün təqdim edilib!
Proqram Təminatı
19.07.2024
Aslan
90-cı illərin əfsanəvi Winamp musiqi pleyeri, Android və iOS platformaları üçün geri qayıdıb. Artıq smartfon istifadəçiləri, tətbiqi həm Play Store-dan, həm də App Store-dan yükləyərək istifadə edə bilərlər.
2010-cu illərin əvvəllərindən bəri müxtəlif dövrlərdə geri dönüş əlamətləri göstərən, lakin Spotify-ın üçüncü tərəf proqramlara musiqi dinlətmə icazəsini vermədiyi üçün buraxılışını davamlı olaraq ertələyən Winamp, son dövrlərdə bir neçə zəif cəhdlə PC istifadəçilərinin qarşısına çıxmış, lakin o qədər də maraqla qarşılanmamışdı.
Uzun illərdən sonra Winamp Team, təslim olmayaraq tətbiqi mobil platformalara köçürməyi bacardı. Həm Android, həm də iOS üçün mövcud olan Winamp, sizə kitabxananızı və pleyerinizi fərdiləşdirməyə imkan verir. Tətbiqə inteqrasiya olunmuş ekvalayzerlə siz musiqi zövqünüzə uyğun səsi tənzimləyə və həm buludda, həm də yerli yaddaşda mahnılarınızı dinləyə bilərsiniz. Bütün bu illərdən sonra, inkişaf edən tətbiqləri və artan fərdiləşdirmə seçimlərini nəzərə alaraq, Winamp-ın rəqiblərinə qarşı nə qədər şansı olacağı bilinmir. Digər tərəfdən, sadəcə "Winamp" yazan bir tətbiqi tıklamaq və açmaq, nostalji ehtiyaclarınızı böyük mənada təmin edəcək.
Paylaş
Ən çox oxunanlar