Fotoların tərtibatı servisi olan Midjourney üçün veb sayt istifadəyə verilib
Proqram Təminatı
22.08.2024
Emil
Fotoların mətn formatında təsvirlər əsasında süni zəka vasitəsilə tərtib edilməsi servisi olan Midjourney-dən daha əvvəllər yalnız Discord üzərindən istifadə etmək mümkün idi. Lakin indi bu servisdən birbaşa onun saytına keçid edərək faydalanmaq mümkündür. Midjourney-in saytında Google və ya Discord hesabı vasitəsilə qeydiyyatdan keçmək olar. Qeydiyyatdan keçəndən sonra istifadəçi mətn formatında təsvirlər əsasında süni zəka vasitəsilə fotoların tərtibatı imkanını əldə edəcək. Bununla yanaşı istifadəçi daha öncə tərtib etmiş olduğu fotolara sayt daxilindəki ayrıca qovluqda nəzər yetirə və servisin digər istifadəçiləri ilə çatlar yaradaraq onların tərtib etmiş olduqları fotoları qiymətləndirə bilər. Məlumatda qeyd edilib ki, servisin yeni istifadəçiləri pulsuz şəkildə 25 ədəd foto tərtib edə bilərlər.
Paylaş
Ən çox oxunanlar