Logo
    main-post-cover

    Galaxy A33, A53 və A73 üçün OneUI 8 son sistem yenilənməsi olacaq

    Proqram Təminatı
    24.06.2025
    Emil
         Samsung Android 16 əsasında hazırlanan OneUI 8 istifadəçi interfeysini yaxın zamanda istifadəyə verəcək. Ortaya çıxmış məlumata əsasən bu yeniləmə Galaxy A33, A53 A73 smartfon modelləri üçün son əsas sistem yeniləməsi olacaq. 2022-ci ildə Android 12 ilə satışa çıxmış bu smartfonlar üçün şirkət əvvəlcədən vəd edilən 4 illik əməliyyat sistemi dəstəyini təmin etmiş olur və Android 16 ilə bu dövr başa çatacaq. Bundan sonra bu cihazlar yalnız kiçik yeniləmələr, məsələn OneUI 8.1 kimi versiyalar və bir müddət təhlükəsizlik yeniləmələri əldə edə biləcəklər.
         Samsung OneUI 8-in buraxılış tarixini hələ açıqlamayıb. Lakin şirkət təsdiqləyib ki, yeni versiya uyğun cihazlara bu yaydan etibarən yayılmağa başlayacaq. İlk olaraq onu OneUI 8 ilə əvvəlcədən təchiz olunacaq Galaxy Z Fold 7Z Flip 7 modelləri alacaqlar. Daha sonra yeniləmə Galaxy S25, S24, Z Fold 6Z Flip 6 kimi flaqman modellərə təqdim olunacaq, ardınca isə Galaxy A da daxil olmaqla orta büdcəli modellərə keçəcək. Galaxy A seriyasına aid köhnə cihazların sahibləri isə daha uzun müddət gözləməli olacaqlar. OneUI 8-in beta versiyası artıq Galaxy S25 üçün əlçatandır.
    Paylaş