
Google Android 15-ə NFC üzərindən şarj funksiyasını əlavə edəcək
Proqram Təminatı
17.04.2024
Farid
İnsayderlərin vermiş olduqları məlumata əsasən Google şirkəti Android 15-ə NFC üzərindən şarj funksiyasını əlavə etməyi planlaşdırır. Qeyd etmək lazımdır ki, naqilsiz şarj texnologiyası artıq uzun zamandır ki, iPhone-larda və Android smartfonlarda istifadə edilir. Bununla belə Google şirkəti Android 15-ə NFC Wireless Charging (WLC) standartının əlavə edilməsi üzərində çalışır. Bu cür imkan öz növbəsində kiçik cihazların şarj prosesləri üçün əlverişli olacaq.
Belə ki, Qi adlı naqilsiz şarj texnologiyası standartı kiçik cihazları dəstəkləmir. Qi naqilsiz şarj texnologiyası standartından fərqli olaraq WLC daha kiçik antenlərlə çalışır. WLC antenlərinin ölçüləri 1 sm-dən daha kiçik ola və əyilə bilən elastiki çap platasına quraşdırıla bilər. Buna görə də WLC antenləri qulaqlıqlar, stilus, smart saatlar və smart qolbaqlar kimi kiçik ölçülü cihazlara quraşdırıla bilər.
Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
