
Google Android Lollipop-un dəstəyini dayandırıb
Proqram Təminatı
12.07.2024
Emil
Google zaman-zaman daha köhnə Android versiyalarının dəstəklərini dayandırır. Bu dəfə növbə Android Lollipop əməliyyat sisteminə çatıb. Şirkət rəsmi şəkildə elan edib ki, o, 2014-cü ildə satışa çıxmış və Android Lollipop əməliyyat sistemini əldə etmiş smartfonların dəstəklərini dayandırır. Beləliklə Android Lollipop vasitəsilə çalışan smartfonlar bundan sonra yeni Android funksiyalarını və təhlükəsizlik yenilənmələrini əldə etməyəcəklər. Üstəlik bu cür smartfonlarda bəzi tətbiqlərin işə salınmasında problemlər yaşana bilər. Qeyd etmək lazımdır ki, Android Lollipop əməliyyat sistemi aktiv Android istifadəçilərinin 1%-dən az hissəsini təşkil edir. Google daha yeni Android versiyalarının təkmilləşdirilmələrinə diqqət ayırmaq üçün Android Lollipop-un dəstəyini rəsmi şəkildə dayandırıb.
Paylaş
Ən çox oxunanlar

Süni zəka əsaslı çat-botlar cinayətkarların alətlərinə çevrilirlər
