
Google, Android üçün yenilənmələrin izlənməsi prosesini sadələşdirəcək
Proqram Təminatı
09.10.2024
Emil
Google şirkətinin yaxın zamanda Android üçün təqdim edəcəyi funksiya əməliyyat sisteminə istiqamətlənmiş bütün yenilənmələri izləməyə imkan verəcək. Məlumata əsasən Google Play Services-da “What's new” adlı yeni bölmə işə düşəcək. Bu bölmədə Android-ə və Google tətbiqlərinə əlavə edilmiş bütün dəyişikliklər əks olunacaq. Faktiki olaraq istifadəçilər indi də bu məlumatlara nəzər yetirə bilərlər. Lakin hal-hazırda bu cür məlumatlara baxandan sonra istifadəçinin bu bölməyə fərdi şəkildə daxil olması mümkün olmur. Nəticədə bir qayda olaraq istifadəçi onu maraqlandıran yenilikləri dəqiqləşdirə bilmir. Məlumata əsasən “What's new” bölməsi Google Play Services-ın 24.40.33 nömrəli versiyasında aşkar edilib. Lakin o hələ ictimaiyyətə təqdim edilməyib və Google özü bu funksiyanı rəsmi şəkildə anons etməyib. Bu isə o deməkdir ki, yeni funksiya şirkət daxilində hələ test edilir.

Paylaş
Ən çox oxunanlar

REDMI Turbo 4 Pro subflaqman smartfonu təqdim olunub - QİYMƏTİ
