Logo
    Google bəzi Android tərtibatçılarının ünvanını və nömrəsini açıq göstərəcək

    Google bəzi Android tərtibatçılarının ünvanını və nömrəsini açıq göstərəcək

        “Google” 2027-ci il martın 1-dən kommersiya məqsədilə “Android” tətbiqi hazırlayanların telefon nömrəsini və ünvanını açıq göstərəcək. Şirkət bu qaydanı Avropa İttifaqının Rəqəmsal Xidmətlər Aktına uyğunlaşmaq üçün dəyişir. Ancaq əlaqə məlumatları yalnız Avropada deyil, bütün dünyada görünəcək.
        Tərtibatçılar fevralın 1-dək Böyük Britaniya və Avropa qanunlarına görə fəaliyyətlərinin kommersiya sayılıb-sayılmadığını bildirməlidirlər. “Google”ın məlumatına görə, qayda tətbiqlərdən gəlir qazananlara, xüsusən də müntəzəm və ya yüksək gəlir əldə edənlərə aiddir. Tətbiqi hobbi kimi hazırlayanlar, qeyri-kommersiya məqsədilə yayımlayanlar və ya Böyük Britaniya və Avropa bazarlarında yayımlamayanlar bu tələbdən azaddır.
        “Google” tərtibatçının ödəniş profilində poçt qutusunu ünvan kimi qəbul etmir. Açıq göstəriləcək ünvanın yerinə poçt qutusu yazmağa icazə verilib-verilməyəcəyi hələ bəlli deyil. Buna görə ofisi olmayan müstəqil tərtibatçılar ev ünvanlarını açıqlamalı ola bilərlər. Onlardan biri sırf bu tələbə görə ayrıca ofis icarəyə götürməyi düşündüyünü deyib.
        Eyni qaydalar “Apple”a da aiddir, amma şirkət tərtibatçıların ünvanlarını yalnız bu tələbin qüvvədə olduğu Avropa ölkələrində göstərəcək. Tərtibatçılar ev və ya ofis ünvanı əvəzinə poçt qutusunu yaza bilərlər. Bunun üçün poçt qutusunun daimi ünvanları ilə əlaqəsini göstərən qəbz və ya hesab təqdim etməlidirlər.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...