main-post-cover

    Google Chrome brauzerinin Incognito rejimində istifadəçiləri izlədiyini etiraf edib

    Proqram Təminatı
    18.01.2024
    Emil Nəcəfov
         Chrome brauzerinin Incognito adlı rejimi brauzer tarixçəsində heç bir iz qoymadan saytlara baxış imkanını verir. Lakin bu, Google şirkətinə Chrome istifadəçilərinin aktivliklərini izləməkdə mane olmur. Şirkət bunu, Incognito rejiminin təsvirindəki məlumata düzəliş edərək etiraf edib. Google 2020-ci ildən müəyyən sayda istifadəçidən ibarət qrupla məhkəmə prosesində idi. Belə ki, istifadəçilər şirkəti Chrome brauzerindəki Incognito rejimində belə istifadəçiləri izləməkdə günahlandırırdı. Keçən ilin sonuna yaxın isə şirkət bu məsələnin sülh yolu ilə həll edilməsinə razılıq verdi. Yaxın zamanda baş tutacaq məhkəmə qərarı vasitəsilə şirkətin istifadəçilərə ümumilikdə nə qədər təzminat ödəyəcəyi bilinəcək.
         Məlum olub ki, gələcəkdə bu cür problemlərin olmaması üçün şirkət əlavə tədbir də görüb. Belə ki, brauzerin yeni desktop versiyasında Incognito rejimi bir qədər fərqli təsvirə sahibdir. “Bu cihazdan istifadə edənlərdən heç kim sizin aktivliyinizi görməyəcək. Bu səbəbdən siz veb səhifələri daha konfidensial şəkildə izləyə bilərsiniz. Bu, sizin daxil olduğunuz saytlar və həmin saytların istifadə etdikləri servislər (Google servisləri daxil) tərəfindən məlumat yığımına təsir göstərməyəcək”. Bu cür təsvir vasitəsilə şirkət etiraf edir ki, o, istifadəçiləri hətta Incognito rejimi çərçivəsində də izləyir. Lakin Incognito rejimi çərçivəsində şirkətin istifadəçilər barəsində hansı məlumatları yığdığı tam aydın deyil.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Chrome brauzerinin mobil versiyası yeni konfidensiallıq ayarını əldə edəcək
    chrome-brauzerinin-mobil-versiyasi-yeni-konfidensialliq-ayarini-elde-edecek
    Android 15-ə 2012-ci ilkin funksiyası geri qaytarıla bilər
    android-15-e-2012-ci-ilkin-funksiyasi-geri-qaytarila-biler
    Yaxın zamanda Google Assistant-ın 17 funksiyası deaktiv ediləcək
    yaxin-zamanda-google-assistant-in-17-funksiyasi-deaktiv-edilecek
    Google Bard çat-botunun təkmilləşdirilmiş versiyası hazırlanır
    google-bard-cat-botunun-tekmillesdirilmis-versiyasi-hazirlanir
    Google 5 milyard dollarlıq məhkəmə iddiasının sülh yolu ilə həll olunmasına razılıq verib
    google-5-milyard-dollarliq-mehkeme-iddiasinin-sulh-yolu-ile-hell-olunmasina-raziliq-verib