Logo
    main-post-cover

    Google Chrome-da 3 yeni süni zəka funksiyası istifadəyə veriləcək

    Proqram Təminatı
    24.01.2024
    Emil
         Google özünün Chrome brauzerində 3 yeni funksiyanın testinə start verib. Sözügedən yeni funksiyalar süni zəka alqoritmləri əsasında çalışsalar da, internetdə axtarış üçün nəzərdə tutulmayıblar. Yeni funksiyalar brauzerdən gündəlik istifadə ssenarilərində istifadəçi təcrübəsinin yaxşılaşdırılmasına hədəfləniblər. Beləliklə birinci funksiya “Organize tabs” adlanır. Bu funksiya süni zəka alqoritmlərindən istifadə edərək oxşar mövzulara sahib qovluqları bir qovluq qrupunda birləşdirir. Bunun üçün istifadəçi hər hansısa qovluq üzərində mouse-un sağ düyməsini klikləyərək “Organizing into a tab group” bəndini seçməlidir.
         İkinci funksiya brauzerin temalar mağazasını əhatə edir. Belə ki, istifadəçi lazımi fotonu, tərtibat tərzini, rəngi və digər parametrləri seçərək brauzer tərəfindən avtomatik şəkildə tərtib edilmiş görüntü temasını əldə edəcək. Üçüncü funksiya “Help Me Write” adlanır. Sözügedən funksiya veb saytlarda mətnlərin daxil edilməsi üçün nəzərdə tutulmuş istənilən sahədə çalışır. Bu funksiya çərçivəsində süni zəka alqoritmi istifadəçidən nəyin yazılmalı lazım olduğunu soruşacaq. İstifadəçi öz növbəsində müəyyən mövzunu təqdim edəndən sonra sistem həmin mövzu ətrafında yazını tərtib edəcək. Bu funksiya elektron məktubların yazılmasında faydalı ola bilər. Sözügedən funksiyalar Chrome brauzerinin stabil versiyasında yaxın zamanda istifadəyə verilməlidir.
    Google Chrome
    Paylaş