Logo
    main-post-cover

    Google Chrome-da hakerlərdən yeni qorunma üsulu istifadəyə veriləcək

    Proqram Təminatı
    19.02.2024
    Emil
         Hakerlər artıq uzun zamandır ki, öz kiberhücumlarının reallaşdırılması üçün istifadəçilərin kompüterlərini fiziki şəkildə əldə etməyə ehtiyac duymurlar. Onlar üçün sadəcə olaraq kompüterdəki brauzerdə zərərli skripti işə salmaq kifayət edir. Google şirkəti də bu cür praktikadan xəbərdardır və bu səbəbdən o bu cür halların qarşısını almaq istəyir. Məlumata əsasən Google özünün Chrome brauzeri üçün yeni funksiya üzərində çalışır və hazırlanan funksiya brauzeri daha təhlükəsiz hala salmalıdır.
         Yaxın zamanda Chrome brauzeri birbaşa internetə çıxışı olmayan istifadəçi cihazlarına girişin əldə edilməsi imkanını bloklamağı bacaracaq. Məlumatda qeyd edilib ki, brauzerin yeni versiyası hər hansısa sayta istifadəçinin şəbəkə cihazlarına giriş imkanını verməzdən öncə saytı yoxlayacaq. Belə ki, Chrome daxil olan sorğunun təhlükəsiz mənbədən gəldiyinə və cihazın həmin bağlantını dəstəklədiyinə əmin olmalıdır. Gözləntilərə əsasən bu yeni funksiya hakerlərə yad şəbəkəyə daxil olma imkanını bloklayacaq.
    Paylaş