main-post-cover

    Google Chrome-da veb saytların monetizasiyası funksiyası istifadəyə veriləcək

    Proqram Təminatı
    08.08.2024
    Emil Nəcəfov
         Google şirkəti Chrome brauzerinə veb monetizasiya funksiyasının əlavə edilməsi planının olduğunu açıqlayıb. Bu funksiya sayt sahiblərinin öz istifadəçiləri tərəfindən maliyyə dəstəyini əldə etmələrinə imkan verəcək. Veb moinetizasiyanın əsas məğzi ondan ibarətdir ki, sayt sahibi sayta daxil olan istifadəçi ilə qarşılıqlı əlaqədə olmadan ondan ianə qəbul edə bilir. Google şirkətiniun fikrincə bu üsul ilə saytlar qıcıqlandırıcı reklamlardan və müxtəlif abunəlik tariflərindən istifadə etmədən əlavə gəlir mənbəyinə sahib ola bilərlər.
          Məlumatda qeyd edilib ki, veb monetizasiya funksiyasını <link rel="monetization" href="https://example.com/pay"> HTML elementi sayəsində istənilən veb səhifəyə əlavə etmək mümkün olacaq. Bu element öz növbəsində brauzerə veb səhifənin veb monetizasiya dəstəyinə sahib olması sorğusunu göndərir və nəticədə səhifədə ödəniş sistemi əks olunur. Bu halda istifadəçilər tərəfindən olacaq ianələr sayt sahibi tərəfindən daha öncədən qeyd edilmiş rəqəmsal pulqabıya əlavə ediləcək. Hal hazırda veb monetizasiya funksiyası hazırlanma və test mərhələsindədir. Onun nə zaman istifadəyə veriləcəyi bilinmir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Google və Meta-nın uşaqları hədəf alan gizli ortaqlığı üzə çıxıb!
    google-ve-meta-nin-usaqlari-hedef-alan-gizli-ortaqligi-uze-cixib
    Bu siyahıdakı cihazların heç biri Android 15 yeniləməsini almayacaq!
    bu-siyahidaki-cihazlarin-hec-biri-android-15-yenilemesini-almayacaq
    Qatlana bilən Google Pixel 9 Pro Fold-un bəzi kamera özəllikləri məlum olub
    qatlana-bilen-google-pixel-9-pro-fold-un-bezi-kamera-ozellikleri-melum-olub
    Mobil Google Chrome kənar tətbiqlərin brauzer tarixçələrini izləyə biləcək
    mobil-google-chrome-kenar-tetbiqlerin-brauzer-tarixcelerini-izleye-bilecek
    Google şirkətinin axtarış sistemləri sahəsindəki monopoliyası məhkəmə səviyyəsində təyin edildi
    google-sirketinin-axtaris-sistemleri-sahesindeki-monopoliyasi-mehkeme-seviyyesinde-teyin-edildi