Logo
    main-post-cover

    Google Chrome üçün dələduz və hakerlərdən qoruyacaq süni zəka əsaslı funksiya hazırlanıb

    Proqram Təminatı
    20.12.2024
    Emil
         Google şirkəti Chrome brauzeri üçün süni zəka əsaslı yeni təhlükəsizlik funksiyası hazırlayıb. Hazırlanmış yeni təhlükəsizlik funksiyası istifadəçilərin şifrə və bank kartı məlumatları da daxil olmaqla konfidensial məlumatlarının oğurlanmasının qarşısını almaq üçün nəzərdə tutulub. Hal-hazırda sözügedən funksiya test mərhələsindədir. Lakin buna baxmayaraq onu istənilən istifadəçi artıq brauzerdə aktivləşdirə bilər.
           Məlumata əsasən Google şirkəti bu yeni təhlükəsizlik funksiyasının hazırlanması çərçivəsində saytların incələnməsi üçün böyük dil modellərindən istifadə edib. Nəticədə süni zəka əsaslı təhlükəsizlik funksiyası potensial fişinq (phishing) və ya dələduzluq hallarını təyin etmək üçün müxtəlif məlumatları analiz edir. Google bildirib ki, bu öz növbəsində dələduz və hakerlərin istifadəçiləri aldatma cəhdlərini daha da qəlizləşdirir. Hal-hazırda bu funksiya Chrome Canary brauzerində test mərhələsindədir. Onu Google rəsmi saytından və ya Google Play-dən yükləmək olar. Funksiyanın aktivləşdirilməsi üçün isə aşağıdakı addımları atmaq lazımdır.
    - Brauzerin URL hissəsinə chrome://flags/ daxil etmək
    - Axtarış üzərindən Client Side Detection Brand and Intent for Scam Detection seçimini tapmaq
    - Enable düyməsinə klikləyərək onu aktivləşdirmək
    - Brazueri yenidən işə salmaq.
         Funksiyanın necə çalışdığı və onun bütün ölkələrdə aktiv olub-olmadığı bilinmir.
     
    Paylaş