
Google Gemini çat-botunu Chrome brauzerinə inteqrasiya edəcək
Proqram Təminatı
20.02.2024
Emil
Google şirkəti özünün Gemini çat-botunu bütün məhsullarına tədricən inteqrasiya etməyə başlayıb. Sözügedən çat-botu əldə edəcək Google məhsullarından biri də Chrome brauzeri olacaq. Məlumata əsasən şirkət Chat with Gemini adlı funksiyanı Chrome brauzerinin Canary adlı test versiyasında istifadəyə verib. Yaxın zamanda isə sözügedən funksiya brauzerin stabil versiyasında istifadəyə verilə bilər. Məlumata əsasən Chat with Gemini funksiyası vasitəsilə istifadəçilər brauzerin URL sətri (ünvan sətri) üzərindən çat-bot ilə ünsiyyət qura biləcəklər. Bu isə öz növbəsində sual və cavablar, fotoların tərtib edilməsi və digər tapşırıqlar üçün süni zəkaya sürətli çıxışı təmin edəcək.
Paylaş
Ən çox oxunanlar

Samsung Galaxy Z Fold 7, Z Flip 7 və Z Flip 7 FE təqdim olunub - QİYMƏTİ
